Pomidor bütün dünyada yetişdirilir və yeyilir.
Bazarlarda və supermarketlərdə il boyu mövcuddur. Pomidorlar əsasən mövsüm vaxtı təzə halda daha çox vitaminlərlə zəngindir.
Hit.az xəbər verir ki, yetişmiş pomidor kalium və C vitamini ilə zəngindir. Pomidor mübadilə prosesini və həzm yolunun fəaliyyətini nizama salır, böyrəklərin və cinsiyyət vəzilərinin işini gücləndirir.
Bu xüsusiyyətlər pomidorların tumlarının qabığında olduğu üçün onları təmizləmək lazım deyil. Pomidorun qabıqlı istifadəsi bağırsaqların yaxşı işləməsinə imkan yaradır.
Onu da qeyd edək ki, pomidorun faydası qadər ziyanı da var. böyrəklərin və ürək-damar xəstəlikləri vaxtı, həmçinin hipertoniya vaxtı duzlu və turşuya qoyulmuş pomidorlardan istifadə etmək məsləhət deyil.
Sevinc