Qurbağa əti, Cənub-Şərqi Asiya və Afrika ölkələrində də geniş şəkildə istehlak olunur. Bu ət toyuq əti ilə oxşar dad daşıyan bir məhsul kimi təsvir olunur.
Son zamanlar ölkəmizdə qurbağa istehlakı artıb. Bunu statistik rəqəmlərdə təsdiq edir.
Məlumata görə, qurbağa ətnin satış qiyməti 2-5 manat arasında dəyişir. Bəzi restoranların menyularında qurbağa yeməyi delikates, fərqli təam kimi təqdim edilir. Hətta qurbağa yeyənlərin sayı da artır.
Qida eksperti Leyla Sarıyeva Hit.az-a deyib ki, qurbağa əti sağlam protein mənbəyi kimi qəbul edilsə də, bəzi hallarda yeyilməsi sağlamlıq baxımından risklər daşıya bilər:
"Nəzərə almaq lazımdır ki, qurbağalar, xüsusilə suyun çirkli olduğu yerlərdə yaşayırsa, bu mikroorqanizmləri bədənlərində daşıya bilərlər. İnsanlarda allergik reaksiyalara səbəb ola bilər. Mədə-bağırsaq həssaslığı olan şəxslər üçün tövsiyə edilə bilər, çünki ağır və yağlı ətlərə nisbətən daha asan həzm olunur.Dünya mətbəxinə maraq göstərənlər qurbağa ətinin Azərbaycanda da istifadə edilməsini artırıb".
Sevinc