Günümüzün sürətli həyat ritmi və daimi təzyiq şəraitində stres sadəcə adi psixoloji reaksiya deyil, həm psixoloji, həm də fiziki sağlamlığımıza ciddi təsir göstərən bir faktordur.
HİT.Az xəbər verir ki, uzman psixoloq Jülidə Unutmaz xəbərdarlıq edir: "Uzunmüddətli stres bədəndə daimi bir 'həyəcan vəziyyəti' yaradır və bu, immun sistemindən ürək sağlamlığına qədər bir çox sahədə ciddi fəsadlara yol aça bilər".
Stres fərdin özünü təhdid və ya təzyiq altında hiss etdiyi zaman verdiyi fiziki və psixoloji reaksiyadır. Jülidə Unutmaz bildirir ki, stres əslində təbii bir mexanizmdir və tamamilə aradan qaldırılması mümkün və ya məqsədəuyğun deyil. Əsas olan, bu reaksiyanı necə idarə etməyi bacarmaq və sağlam yollarla başa çıxmaqdır.
JülidəUnutmaz qeyd edir ki, hər kəsin stresə dözümlülüyü fərqlidir. Birinə kiçik görünən bir hadisə, başqası üçün böyük bir stress mənbəyi ola bilər. Bu səbəbdən stresslə bağlı qiymətləndirmə və müqayisədən uzaq durmaq vacibdir. Stressi önləmək üçün isə kiçik, lakin təsirli həyat tərzi dəyişiklikləri - məsələn, müntəzəm yuxu, fiziki fəaliyyət və sosial dəstək çox önəmlidir.
Risk altında olan qruplar kimlərdir?
Stres hər kəsdə və hər yaşda ortaya çıxa bilər, amma bəzi yaş və peşə qruplarında risk daha yüksəkdir:
* 18–35 yaş arası gənclər: həyat qurma, karyera başlanğıcı və kimlik axtarışı səbəbilə daha yüksək stres yaşayırlar.
* 35–55 yaş arası orta yaş qrupu: ailə məsuliyyətləri və gələcək qayğıları səbəbilə daha çox təzyiq altındadır.
* Səhiyyə işçiləri, müəllimlər, idarəçi və ağ yaxalı işçilər ilə xidmət sektoru əməkdaşları da yüksək iş tempi, emosional yük və qeyri-sabit iş şəraiti səbəbilə daha çox stres yaşaya bilirlər.
Tədqiqatlara görə, qadınlar, xüsusilə iş və ev məsuliyyətlərini eyni anda idarə etməyə çalışdıqları zaman, stressə qarşı daha həssasdır. Kişilər isə stres yaşasalar da, bunu ifadə etməyə meyilli olmadıqları üçün bu duyğunu bastırmaq öfke partlayışlarına və ya zərərli vərdişlərə səbəb ola bilər.
Stresin bədənə 7 əsas zərəri
Uzman Psixoloq Jülidə Unutmazın sözlərinə görə, nəzarət olunmayan daimi stres aşağıdakı fiziki sağlamlıq problemlərinə yol aça bilər:
* Ürək xəstəlikləri riski artır – Hipertoniya və infarkt kimi problemlər yarana bilər.
* İmmunitet zəifləyir – Orqanizm infeksiyalara qarşı daha zəif olur.
* Mədə-bağırsaq pozğunluqları – Mədə yarası və irritabl bağırsaq sindromu meydana çıxa bilər.
* Şəkər xəstəliyi riski artır – Stress hormonları qan şəkərinə mənfi təsir edir.
* Əzələ-sümük problemləri – Daimi gərginlik fibromiyalji kimi narahatlıqlara səbəb ola bilər.
* Dəri xəstəlikləri – Ekzema, sədəf xəstəliyi kimi problemlər yarana bilər.
* Yuxu pozğunluqları – Keyfiyyətsiz yuxu bədənin bərpasına mane olur və ümumi vəziyyəti daha da ağırlaşdırır.
Yardım istəmək gücdür, zəiflik deyil
Jülidə Unutmaz vurğulayır ki, streslə başa çıxmaq bir günlük məsələ deyil, həyat boyu inkişaf etdirilən bir bacarıqdır. Stres gündəlik həyatı və iş funksiyalarını pozmağa başladıqda, fiziki və emosional problemlər ortaya çıxırsa, gecikmədən peşəkar yardıma müraciət olunmalıdır. Bu, zəiflik deyil, əksinə fərdin özünə və sağlamlığına verdiyi dəyərin göstəricisidir.
Samir