"I qan qrupu olan insanları başqalarına nisbətən daha çox ağcaqanad dişləyir".
HİT.az xəbər verir ki, bu barədə RT kanalına Gemotest laboratoriyasının eksperti Aleksandra Fileva məlumat verib.
Onun sözlərinə görə, II qrupda olanlar daha az həşərat cəlb edir, III və IV qrupda olanlar isə praktiki olaraq qansoranların hücumlarından əziyyət çəkmirlər. Bundan əlavə, ağcaqanadlar təkcə qan qrupuna deyil, həm də insanın çıxardığı karbon qazının miqdarına reaksiya verir. İdman etdiyiniz zaman nəfəsiniz aktivləşir və həşəratları cəlb edən daha çox karbon qazı ayrılır. Hamilə qadınlar və artıq çəkisi olan insanlar da başqalarına nisbətən daha çox karbon qazı buraxırlar.
Ağcaqanadlar müəyyən qoxuları və yüksək bədən hərarətini də sevirlər. Belə ki, ağcaqanadlar ammonyak iyi verən qaraciyər və böyrək xəstəlikləri olan, aseton qoxusu olan şəkərli diabet xəstələrini cəlb edir. Yüksək bədən istiliyi həşəratların qan almasını asanlaşdırır. Ona görə də ağcaqanadlar insanları daha çox ən isti yerlərdə - boyun, qulaqların arxasında və qoltuq altında dişləyir.
Samir