Dəmir çatışmazlığının səbəbi nədir?

SAĞLAMLIQ
21:16 / 21.05.2025
48

Son zamanlar dəmir çatışmazlığından əziyyət çəkənlər artır.

Maraqlıdır, dəmir çatışmazlığının yaşanmasının problemi nədədir? 

Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, dəmir azlığı  sadəcə dəmir çatışmazlığı ilə deyil, qəbul etdiyimiz qidalarda dəmirin orqanizm tərəfindən mənimsənilməməsin-
dən də irəli gəlir:

“Ətin tərkibində dəmir zəngindir. Amma təcrübə göstərib ki, rasionuna həddən artıq ət əlavə edən insanlarada da dəmir çatışmazlığı rast gəlinir. Əslində təəccüblü hal deyil. Çünki , ət  korbohidratlar, çörək, kortof ilə qəbul edilir.  Yanında da heç bir C vitaminin olmaması dəmirin orqanizm tərəfindən  mənimsənilməməsinə gətirb çıxardır ki, bu da öz növbəsində dəmir çatışmazlığını meydana gətirir. Ət yeməyinin yanında göy , tərəvəz olmalıdır”.

Sevinc

0