Çay içməyin mövsümü yoxdur, əksinə sərinlik gətirən vasitədir.
Bir fincan isti çaydan sonra dərinin temperaturu 1-2 dərəcə endiyinə görə orqanizmdə sərinlik yaranır.
Hit.az xəbər verir ki, çay içmək tənəffüs yollarında hüceyrə mübadiləsinin intensiv getməsinə kömək edir.
Çayın dadına və ətrinə onun sortundan və keyfiyyətindən başqa suyun da yaxşı olması təsir edir.
Dəmlənmiş çay çox qalanda ətrini və rəngini dəyişir, vitaminlər aktivliyini itirir.
Təbii və təzə dəmlənmiş çay həm sağlamlığa, həm də əhval-ruhiyyəyə müsbət təsir göstərir.
Çayın tərkibində faydalı minerallar və C vitamini var. Ürək-damar xəstəliklərinə yaxşı təsir edir, həzm prosesini asanlaşdırır, dişləri çürüməyə qoymur.
Amma bəzən yayda çay içməkdənsə su içməyə üstünlük verənlər də olur.
Sevinc