"Azərbaycanda adambaşına düşən həkimlərin sayı azdır"

SAĞLAMLIQ
22:55 / 22.05.2025
276

"Azərbaycanda həkimlərin sayı əhalinin sayına görə azdır".

Bunu HİT.az-a professor, həkim-ekspert Adil Qeybulla deyib:

 “Ailə həkimlərini də saysaq, 50-70 adama bir həkimin düşməsini normal hesab edirəm. Regionlarda peşəkar həkimlərin sayı xeyli azdır. Peşəkar həkimlər mərkəzi yerlərdə daha çoxdur. Əslində, səhiyyə elə olmalıdır ki, hər bir rayonda yüksək səviyyədə peşəkar həkimlər olsun. Tibb Universitetində təhsil alanların böyük əksəriyyəti hazırda Almaniyada, Türkiyədə təcrübə keçir, bəziləri təcrübə keçdikdən sonra ölkəyə qayıtmırlar. Bütün bunlar ümumi statistikaya öz təsirini göstərir”.

Sevinc

0