Qüsurlu uşaqların dünyaya gəlməsində kimdir günahkar ?

SAĞLAMLIQ
20:18 / 26.05.2025
97

Hər gün dünyaya çoxlu sayda fidan göz açır. Təəssüf ki, onların arasında fiziki qüsuru olanlar da var.

Maraqlıdır, fiziki qüsurlu uşaqların dünyaya gəlməsində valideyn günahkardı yoxsa həkim?

Pediatr Mətanət Əliyevə Hit.az-a deyib ki, anadan gəlmə qüsurlu uşaqların dünyaya gəlməsində valideynlərin rolu az deyil: 

"Bəzi valideynlər səhlənkarlıq edib vaxtında həkim müayinəsinə getmir, dölün vəziyyətindən xəbərdar olmur. Erkən olaraq qüsurlar aşkarlanarsa, dəqiq diaqnoz qoymaq olur. Elə uşaq bətnindəykən problemi aradan qaldırmaq mümkündür. Genetik mutasiyalar, o cümlədən ananın keçirdiyi infeksiyalar inkişaf qüsurlarının yaranmasına səbəb ola bilər. Qohum evliliklər də  inkişaf qüsurlarının yaranmasına səbəb olur".

Sevinc

0