Uşaqlar tut yeməməlidir?

SAĞLAMLIQ
23:33 / 26.05.2025
93

Tut mövsümü başlayıb. 

Bu meyvəni böyüklərdən daha çox uşaqlar sevir. 

Çünki , onlar ağacdan dərib yeməyi daha çox sevir. 

Hit.az xəbər verir ki, təmizlənməmiş, natəmiz halda yeyilmiş tut xüsusilə uşaqlarda mədə-bağırsaq pozğunluğu yarada bilər.

Tut uşaqlar üçün olduqca faydalıdır, yemələri məsləhətdir.

Ancaq şəhərdə, ağacdan yerə tökülmüş, çirkabın içində olan tutun uşağa heç bir faydası yoxdur, əksinə, ziyandır. 

Tut olduqca xeyirli meyvədir, qanı artırır, D vitamini əksikliyini aradan qaldırır. 

Sevinc

0