Adətən yay fəslində ilan sancma, ilanların çoxalması ilə bağlı məlumatlar artır.
Həkim, ekspert Adil Qeybulla Hit.az-a deyib ki, Azərbaycanın müxtəlif regionlarında və Abşeron yarımadasında zəhərli ilanlar var və onlar insanlarla konfliktdə olurlar. Bu zaman isə sancma halları bəzən qaçılmaz olur:
“Azərbaycan ərazisində olan ilanların zəhərlərinə qarşı zərdab mövcuddur. Bu o deməkdir ki, insanları bu zəhərlənmələr zamanı xilas etmək imkanı da var. Tək ilan yox, hörümçək, əqrəb və sair kimi zəhərli həşəratların sancması zamanı da ilkin yardımın göstərilməsi sistem şəklini almalıdır. Zəhərə qarşı zərdabların olmasına rəğmən ilan sancmasından dünyasını dəyişənlər də olur. Bu da dərmanlarla təmin edilmə sisteminin düzgün qurulmadığını göstərir. Hansısa bir regionda belə bir hadisə baş verirsə, həmin şəxs özünə yaxın ərazidən ilan zəhərinə qarşı zərdablar ala bilməlidir ki, vaxtında müalicə ala bilsin".
A.Qeybulla bildirib ki, ilan zəhərində olan komponentlər - neyrotoksin, hemotoksin, miotoksindir. Bu toksinlərin təsirləri qısa müddət ərzində çox dağıdıcı olur.
Sevinc