Akademik şəkər xəstəliyinə səbəb olan qeyri-adi amili açıqladı

SAĞLAMLIQ
19:19 / 29.05.2025
83

"Güclü stress yaşandıqdan bir həftə sonra şəkərli diabet aşkar edilə bilər".

HİT.az xəbər verir ki, bunu "RİA Novosti"yə müsahibəsində Rusiya Elmlər Akademiyasının akademiki, Milli Endokrinologiya Tədqiqat Mərkəzinin prezidenti və Rusiya Endokrinoloqlar Assosiasiyasının rəhbəri İvan Dedov bildirib. 

O, vurğulayıb ki, stress immun sistemini zəiflədir və məhv edir. Akademik sözlərinə misal olaraq belə bir hadisəni gətirib: "Nənə gəzintidə olarkən iti əlinin altından qaçır və nəvəsinin gözü qarşısında maşının altına düşür. Bir həftə sonra uşağa şəkərli diabet diaqnozu qoyulur".

Dedov qeyd edib ki, müasir dövrdə stress müxtəlif xəstəliklərin yaranmasının əsas amillərindən biridir.

Əvvəllər Vaşinqton Universitetinin alimləri müəyyən ediblər ki, 2-ci tip şəkərli diabetin inkişafında hipotalamusdakı həddindən artıq fəal AgRP nöronları həlledici rol oynayır. Bu hüceyrələrin artmış fəallığı, artıq kilo və ya insulin tənzimlənməsinin pozulmasından daha əhəmiyyətli risk amili ola bilər.

Samir
 

0