Xərçəngin qarşısını alan bitki

SAĞLAMLIQ
21:18 / 29.05.2025
92

Salatlarda, bəzən də müxtəlif yeməklərdə istifadə edilən yaşıl soğan faydalarına görə mütəxəssislər tərəfindən tez-tez tövsiyə edilən bir qidadır. 

Az kalorili qida olan yaşıl soğan lif, zülal, karbohidratlar, yağlar, A və C vitaminləri, kalium, kalsium və dəmirlə zəngindir.

Hit.az xəbər verir ki, yaşıl soğan immunitet sistemini dəstəkləyir: Yaşıl soğanın immunitet sistemini dəstəkləyən hüceyrələrin səviyyəsini və aktivliyini artırdığı müşahidə edilib. 

Bu, immunitet sistemini gücləndirməyə kömək edir və bədəndə baş verən xəstəliklərin və infeksiyaların qarşısını alır.
Hməmçinin, qanın laxtalanmasına kömək edir.

Yaşıl soğan yüksək miqdarda K vitamini ilə ürək xəstəlikləri və qan laxtalanma riskini azaltmaqla yanaşı, sümükləri də gücləndirir. K vitamini sümüklərdə kalsiumu saxlamaq və sümük sıxlığını artırmaq üçün lazım olan zülalın istehsalını təmin edir, beləliklə sümük sıxlığını yaxşılaşdırır.Yaşıl soğanın ən əhəmiyyətli faydalarından biri xərçəng hüceyrələrinin böyüməsinin qarşısını almasıdır. 

Sevinc

0