COVID-19 isə yenidən yayılmağa başlayıb?

SAĞLAMLIQ
23:34 / 29.05.2025
114

Məlum olduğu kimi Hindistanda COVID-19 yoluxmalar yenidən artmağa başlayıb. Ölkədə aktiv yoluxma sayı 1010-ə çatıb. 

Ən böyük artım 335 yeni yoluxma ilə Kerala ştatında qeydə alınıb. Maharaştrada 153, Dehlidə 99, Qucaratda isə 76 yeni yoluxma bildirilib. 

Pəncab ştatı isə bu gün ilk yoluxma halını açıqlayıb və təmaslıların müəyyən olunmasına başlayıb. Məlumata görə, ölkəmizdə də məlum xəstəliyə yoluxanlar artır. Artıq bəzi xəstəxanalarda məlum xəstəlikdən əziyyət çəkənlərin sayı artır.

Həkim, professor Adil Qeybulla Hit az-az bildirib ki,  Covid-19 qlobal pandemiya kimi bitsə də, epidemik ocaqlar hələ də mövcuddur: 

"COVID-19 isə hazırda yeni bir forma alaraq yenidən yayılmağa başlayıb. Biz qloballaşan bir dünyada yaşayırıq. İstənilən infeksiya çox qısa müddətdə Azərbaycana daxil ola bilər. Virusun tamamilə yox olması hələ baş verməyib və bəzi yerlərdə epidemiya ocaqları fəaliyyətini davam etdirir. Pandemiyanın başlanğıcında beynəlxalq səviyyədə koordinasiyanın və adekvat cavab tədbirlərinin olmaması, infeksiyanın qısa müddətdə sürətlə yayılmasına səbəb olub. Bu vəziyyət, xüsusilə DST-nin moderator rolunu effektli şəkildə yerinə yetirə bilməməsi ilə əlaqələndirilir".

Sevinc

0