Uşağı pampersdən çıxarmaq hər bir valideyn üçün vacib mərhələlərdən biridir.
Bu mərhələni keçmək həm uşaq, həm də valideynlər üçün heç də asan olmur.
Pediatr Mətanət Əliyeva Hit.az-a deyib ki, uşaqların 18-36 ayları arasında onlar pampersdən çıxa bilər:
“Yaxşı olar ki, bu prosedura yay aylarında başlanılsın. İsti havalarda balacalar yüngül, geyinib-soyunması daha asan olan yay paltarında olurlar. Bu müddətdə uşağa qətiyyət hirslənmək, onu sinir etmək olmaz. Çünki , bu hal uşaqda sonra kəkələməyə və pampersdən uzun müddət çıxmamağa səbəb ola bilər. Bu səbəbdən də valideynlər bu dövrdə daha səbrli olmalıdır”.
Sevinc