Yaz aylarının sevimli meyvələrindən biri də alçadır.
Alça C, A və K vitaminləri, kalium, dəmir və antioksidantlar sayəsində sağlamlıq üçün çox faydalıdır.
Hit.az xəbər verir ki, alça həzm sistemini dəstəkləyən və bağırsaqları normallaşdırmağa kömək edən liflərlə zəngindir, bu da qəbizlik kimi problemləri aradan qaldıra bilər.
Ancaq onu da nəzərə almaq lazımdır ki, hər kəs alça yeyə bilməz. Mədə problemi olan insanlar, mədə xorasından əziyyət çəkənlər bu meyvədən uzaq durmalıdır. Hamilə qadınlar üçün də bu meyvə bəzi narahatlıqlara yol aça bilər, buna görə onların istifadəsi diqqətlə yanaşılmalıdır.
Sevinc