Uşağınızın qida rasionunda bir sıra ərzaq qruplarının daxil edilməsi çox önəmli və olduğu kimi müəyyən ərzaqlar da vardır ki, onların uşaqlara verilməsindən yayınmaq qəti şəkildə tövsiyyə olunur.
Hit.az uşaqlar üçün ziyanlı olan ərzaqların siyahısını təqdim edir:
Duz - Uşaq qidasına duzun əlavə edilməsi yolverilməzdir, lakin azyaşlı uşaqların əksəriyyətinə hələ çox balaca olduqları halda böyüklər üçün nəzərdə tutulan yeməyi verirlər.
Uşaqlar tərkibində çox duz olan qızardılmış kartof, dadlı qəlyanaltılar, sosis və kolbasa, veçina, donuz əti və ya hisə verilmiş qidalardan istifadə etməməlidirlər.
Artıq duz onların böyrəklərə yük verir və sağlam immun sistemi üçün çox önəmli olan maqnezium kimi elementləri bədənin duz ilə savaşdığı zaman tamam ilə itirilmiş olur.
Həddindən artıq duzdan istifadə gələcəkdə ürək-damar xəstəliklərinə səbəb bilər.
Qida Əlavələri- boyalar, tamlaşdırıcılar, emulqatorlar, stabilizatorlar, qatlaşdırıcılar, süni şirinlədirici maddələr, konservantlar, dad gücləndiriciləri, qlazur agentləri və müxtəlif əlavələr. Bu əlavələr uşağın immun sisteminə xüsusilə, əsas detoksifikasiya funksiyası daşıyan qara ciyər üçün əlavə narahatlığa və yükə səbəb ola bilər.
Xüsusilə, körpə və uşaqlar üçün nəzərdə tutulmuş hazır içkilər və qida məhsullarına qida əlavələri daxil edilməməlidir.
Sosiska və kolbasa - tərkibində natrium nitrit olan kolbasa və sosiskaların çox yeyilməsi gələcəkdə uşaqlarda təhlükəli xəstəliklərə səbəb ola bilər.
Dondurma - bu qida uşaqlarda bağırsaq infeksiyalarına münbit şərait yaradır.
Hazır şorbalar - dəfələrlə emal olunmuş, içində çoxlu qatqı maddəsi olan toz halında hazır şorbalar xəstəliklərə səbəb olur.
Sevinc