Gənclər arasında ani ölümə səbəb nədir?

SAĞLAMLIQ
17:05 / 03.06.2025
89

Son dövrlər gənclər arasında qəfləti ölümlərin sayı artır. Vəfat edənlər arasında tələbələr üstünlük təşkil edir. 

Maraqlıdır, gənclər arasında ölüm hallarının artmasının səbəbi nədir?

Professor, həkim Adil Qeybulla Hit.az-a deyib ki, bu gün insanlar avtomatlaşdırılmış sistemdə yaşayır: 

"Buna görə də əhali orqanizmin qəbul etdiyi kolori ilə sərf etdiyi kalori arasındakı balansı qoruya bilmir. Onsuz da hazırda qidaların tərkibindəki dəyişikliklər orqanizmə yetəri qədər ziyan vurur. Bununla yanaşı, insanlar da çoxlu qida qəbul edərək passiv və oturaq həyat tərzi keçirirlər. Bu da bir sıra xəstəliklərin yaranmasına şərait yaradır. Piylənmə şəkər xəstəliyi, yüksək təzyiq, siqaret istifadəsi müsbət xolesterolun aşağı olması, gündəlik zəruri idman hərəkətlərinin edilməməsi stress, əsəb, ürək-damar xəstəliklərinə səbəb ola bilir. İnsanlar çox tənbəlləşib. Kalori qəbulu və sərfiyatı arasındakı disbalans isə maddələr mübadiləsi məhsullarının kirəc şəklində damarların divarlarına çökərək, onun daralmasına səbəb olur. Bax, bu isə vaxtından əvvəl ürək və beyin əzələlərində işemik xəstəliklərin yaranmasına gətirib çıxarır. Çünki.  ürək və beyin oksigenə olduqca həssas orqanlardır. Bununla yanaşı bir sıra başqa xəstəliklər də ani ölümlərə gətirib çıxara bilir”.

Sevinc

0