Konservləşdirilmiş qidalarda nələrə fikir vermək lazımdır?

SAĞLAMLIQ
22:36 / 03.06.2025
99

Bir qisim insanlar konservləşdirilmiş məhsulları istehlak etmeyi sevir.

Dadlı, həm də hazırlanması rahat məhsullardan biri də ət və balıq konservləridir. 

Bu məhsullar yəqin ki çoxlarının dadına yetişib. Ancaq, konservləşdirilmiş qida məhsullarından istifadə etmək rahat olsa da, onlar çox qısa bir zamanda daxili orqanları narahat edir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov  Hit.az-a açıqlamasında bildirib ki, əhali konservlərin, xüsusən də balıqdan hazırlananların təhlükəli qidalar arasında olduğunu bilməlidir: 

"Yəni, bunlardan zəhərlənmə riski böyükdür. Qapağı şişmiş konservlər isə olduqca təhlükəlidir. Bəzən istehlakçılar xüsusilə də xaricdən gətirilən məhsulların keyfiyyətindən narazılıq bildirirlər. Xaricdən gətirilən mal konservləri ilə bağlı şikayətlərdə deyirlər ki, "konservin içindən heyvanın yeli çıxır". Bütün hallarda əhaliyə yerli məhsullardan istifadə etməyi məsləhət görürəm. Çünki , yerli konservlərin yararlılıq müddəti xaricdən gətirilənlərə nisbətən daha azdır”.

Sevinc


 

0