Artıq çəkidən əziyyət çəkənlər arıqlamaq üçün müxtəlif vasitələrə, yollara əl atır.
Kimisi idman edir, kimisi arıqladıcı həblərdən istifadə edir, başqa birisi isə dieta saxlayır.
Ancaq dieatalar da müxtəlif olur. Son zamanlar su dietası trendə çevrilib.
Əksər insanlar arıqlamaq üçün su dietası etdiyini iddia edir.
Dietoloq Leyla Sarıyeva Hit.az-a deyib ki, su pəhrizi bol su və yüksək maye tərkibli qidalar, içkilər və aşağı kalorili qidalanma proqramı olan pəhrizə əsaslanır:
"Su əslində hər pəhrizdə vacibdir və hər gün kifayət qədər miqdarda içilməlidir. Su arıqlama prosesində çox təsirlidir, çünki, bədəndəki toksinləri çıxarır, bağırsaq hərəkətlərini artırır və maddələr mübadiləsini sürətləndirir. Bundan əlavə, mədədə dolğunluq yaradacağı üçün toxluq hissini də təmin edir.18-20 yaşdan kiçik insanlar bu cür pəhrizlərdən uzaq olmalıdırlar".
Sevinc