Ürəyi xəstəliklərdən qoruyan ucuz məhsul açıqlandı

SAĞLAMLIQ
23:35 / 04.06.2025
85

Amerikalı alimlərin İllinoys Texnologiya İnstitutundan apardığı tədqiqat nəticəsində müntəzəm lobya istehlakının ürək xəstəlikləri və 2-ci tip diabet kimi xroniki xəstəliklər riskini azaltdığı sübut edildi. 

HİT.az xəbər verir ki, araşdırma Orlando keçirilən Amerika Qidalanma Cəmiyyətinin (ANS) konfransında təqdim olunub.

Komanda müəyyən edib ki, gündə cəmi bir stəkan lobya yemək xolesterin səviyyəsini yaxşılaşdırır və iltihab proseslərini azaldır.

12 həftə davam edən tədqiqatda prediabeti olan 72 nəfər iştirak edib. Noxud yeyənlərin ümumi xolesterini əhəmiyyətli dərəcədə aşağı düşüb, qara lobya istehlak edən qrupda isə iltihab markeri olan interleykin-6 səviyyəsi azalıb. Eyni zamanda qlükoza səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Tədqiqatın həmmüəllifi Morqann Smit izah edib: "Prediabeti olan insanlar tez-tez lipid mübadiləsi pozuntuları və xroniki iltihabla üzləşirlər ki, bu da ürək-damar xəstəlikləri və diabet riskini artırır. Araşdırmamız təsdiq edir ki, lobya bu göstəriciləri yaxşılaşdırmaq üçün sadə və əlçatan bir vasitə ola bilər".

Samir
 

0