Gilası yeyəndən sonra atmayın - Saplağı çox faydalıdır

SAĞLAMLIQ
23:16 / 04.06.2025
72

Yayın əsas meyvəsi sayılan gilas olduqca faydalıdır. 

Ancaq yeyildikdən sonra atılan gilasın saplağı da faydalıdır. 

Hit.az xəbər verir ki, bu bitki B, C və D vitamini ilə zəngindir:

“Bu məhsuldan arıqlamaq istəyənlərdə istifadə edə bilərlər.

Bunun üçün bir stəkan qaynar suya 30 qram gilas sapı əlavə edin və 10 dəqiqə dəmləyin.

Dəmləndikdən sonra içmək olar. Gilas sapı çayından artrit, revmatizm, bronxit, oynaqların duzlaşması və damar sərtliyi kimi xəstəliklərin müalicəsində istifadə olunur. 

Bununla yanaşı gilas sapı maddələr mübadiləsinə sürətləndirir, bağırsaq florasını nizamlayır, qəbzliyi aradan qaldırır, sinirləri gücləndirir, sinir sistemini sakitləşdirir, qanı təmizləyir.

Kolestrolu və qan şəkərini aşağı salır.

Gilas sapı həm ağrı kəsicidir, həm də temperatur salır”.

Sevinc
 

0