Dezodorantların insan orqanizminə ziyanı

SAĞLAMLIQ
18:40 / 05.06.2025
65

Satışda müxtəlif çeşiddə dezodorantlar var. 

Həkimlər dezodarantların xeyrindən çox ziyanı olduğunu iddia edir.

Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, tərkibində spirt olan dezodorantlar pis qoxu ilə mübarizə aparmaqla yanaşı, mikrob və bakteriayaların çoxalmasının qarşısını alır: 

“Dərinin dermatoloji balansı pozulduğundan xırda səpkilər və irinli sızanaqlar əmələ gəlməyə başlayır. Dəridə bu cür sızanaqlar yaranandan sonra isə dərhal həmin vasitədən istifadəni dayandırmaq, müalicəvi kosmetik vasitələrdən istifadə etməyə başlamaq lazımdır. Kəskin iy bəzi insanlarda allergik reaksiyaların yaranmasına səbəb olur. Kəskin iyə qarşı allergiya isə səpkilər, şişkinlik, gözlərin yaşarması kimi özünü göstərə bilər. Dezodorantlar eləcə də, tərin ifrazının qarşısını alaraq dərialtı iltihabların yaranmasına da gətirib çıxarır. Nəticədə qoltuq altında irinlər, müxtəlif şişlər də yarana bilər”.

Sevinc
 

0