İçki düşkünü olan insanların bir qismi hər gün spirtli içki qəbul edir. Ancaq bu isə sağlamlığa ziyandır.
Həkim Vəfa Məmmədova Hit.az-a deyib ki, spirtli içkinin müntəzəm istifadəsi sağlamlıq üçün təhlükəlidir:
“Hətta az miqdarda olsa belə, hər gün içmək uzun müddətdə zərər verə bilər. Spirtli içkilərin qəbulunu məhdudlaşdırmaq və ya tamamilə dayandırmaq sağlamlıq baxımından ən yaxşı seçimdir. Spirtli içkilər qida borusu, qaraciyər, döş və mədəaltı vəzi xərçəngi riskini artırır. Onu da nəzərə almaq lazımdır ki, spirtli içkilər kalorili olduğu üçün piylənmə riski artır. Mütamadi spirtli içki qəbul edənlərdə qara ciyə piylənməsi daha çox müşahidə edilir”.
Sevinc