Ağızdan gələn pis qoxunun səbəbi…

SAĞLAMLIQ
20:59 / 10.06.2025
81

Ağızdan pis qoxunun gəlməsi əksər insanların üzləşdiyi problemlərdən biridir. 

Kimisi bu problemin diş sağlamlığı, başqa birisi daxildən yaranan xəstəliklərlə bağlı olduğunu düşünür.

Maraqlıdır, ağızdan pis qoxunun gəlməsinə səbəb nədir? 

Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, ağız qoxusu və ağız dadı tez-tez ağız sağlamlığı problemlərindən qaynaqlanan ümumi bir problemdir:

“Düzgün diş fırçalama və diş ipi istifadəsi olmadan, yemək qalıqları və bakteriyalar ağızda yığılır və pis qoxuya səbəb olur. Siqaret və digər tütün məhsulları ağızda pis qoxuya və dad dəyişikliklərinə səbəb olur. Həmçinin, diabet, mədə-bağırsaq xəstəlikləri, və ya böyrək xəstəlikləri kimi bəzi sağlamlıq məsələləri ağızda pis qoxuya səbəb ola bilər. Ağızda pis qoxu problemləri varsa, bir həkimə və ya stomatoloqa müraciət etmək məsləhətdir.Türkəçarə ilə problemin qarşısını tam olaraq, həll etmək mümkün deyil”.

Sevinc

0