Yay fəslində lobyanın mövsumudur.
Yaşıl lobya kalorisi az olsa da faydaları az deyil.
Hit.az xəbər verir ki, yaşıl lobya tərkibindəki yüksək flavonoid sayəsində ürək xəstəlikləri riskini azaltmağa kömək edir.
Flavonoidlər meyvə və tərəvəzlərdə çox rast gəlinən polifenolik antioksidantlardır.
Yaşıl lobya yüksək səviyyədə flavonoidləri ehtiva edir və bu antioksidant müəyyən antiinflamatuar xüsusiyyətlərə malikdir.
Yaşıl lobya immunitet sistemini gücləndirən antioksidanlarla zəngindir.
Antioksidantlar bədən üçün faydalı komponentlərdir.
Bu komponentlər təhlükəli sərbəst radikalları bədəndən çıxarır.
Yaşıl lobya həm də flavonoidlərin və karotenoidlərin zəngin mənbəyidir.
Yaşıl lobya sümüklərin korlanması və osteoporozun qarşısını almağa kömək edən kalsium kimi bir sıra qida maddələrini ehtiva edir.
Yaşıl lobyada K vitamini, A vitamini və silikon var. Bu komponentlərin olmaması sümük itkisini artırır.
Sevinc