Havalar isinən kimi qarpız zəhərlənməsi halları yaşanır.
Tibb elmləri doktoru, professor Adil Qeybulla Hit.az-a deyib ki, hazırda qarpızların əksəriyyəti xüsusi gübrələrlə hazırlanır. Bunların da bəziləri toksik təsir göstərir və yaxud da içərisində qalaraq orqanizmə neqativ təsir göstərir. Qarpızın içərisindəki ağ zolaqlar gübrələrin, qarpızı böyütmək üçün istifadə olunan dərmanların yığıldığı yerdir:
"Daha sonra bitkilərin müxtəlif fito harmonları var ki, bütün bunların hamısı bitkilərin tez böyüməsinə gətirib çıxarır. Hazırda qida vasitələrində tərəvəzin tez böyüməsi üçün bu fito harmonlardan istifadə olunur. Zəhərlənən şəxs çoxlu maye içməlidir. Yaxşı olar ki, o, qaytarsın və dərhal həkim çağırılmalıdır".
Sevinc