Qırmızı tut, yoxsa ağ tut?

SAĞLAMLIQ
23:34 / 11.06.2025
87

Hazırda tut mövsümüdür.  Ölkədə bir neçə növ tut yetişir.

İllərdir ağ və ya xar tutun faydalı olduğunu müzakirə olunur.

Maraqlıdır, ağ tut xeyirlidir yoxsa qırmızı?

Hit.az xəbər verir ki, ağ tut C vitamini ilə zəngindir. Onun meyvəsi, bəkməzi, kompotu və cemi ürək zəifliyi, mədə-bağırsaq xəstəliklərinin müalicəsində son dərəcə faydalıdır. Ağ tut mədə və bağırsaqların nizamlı fəaliyyətini də təmin edir.

Qara tut qanyaranmanı sürətləndirir, böyrək toxumasını qidalandırır, boğaz ağrısını, çiçək və qızılca xəstəliklərinin sağalmasında mükəmməl vasitədir.

Mədə və bağırsaqları gücləndirir, bağırsaqların peristaltikasını sürətləndirir, mikrofloranın tənzimlənməsində iştirak edir, sidikqovucu təsir göstərir. Qırmızı və ağ tut dəmir çatışmazlığı anemiyasının müalicəsində də müsbət rola malikdir.

Sevinc
 

0