Yay gələn kimi ağcaqanad dərdi də gəlir

SAĞLAMLIQ
19:19 / 12.06.2025
84

Yay aylarında ağcaqanadların olması insanları narahat edir.

Xüsusilə, allergiyası olan insanlar bu kimi həşəratların onları dişləməsindən narahatdır. 

Çünki  bəzi heyvanlar insan üçün təhlükəlidir və ölümə səbəb olur. 

Pediatr Mətanət Əliyevə Hit.az-a deyib ki, ağcaqanad dişləməsinə qarşı daha çox uşaqlar həssas olurlar, çünki dəriləri daha incədir. Ağcaqanad dişləyəndə allergiya əleyhinə xüsusi mazlardan istifadə etmək olar ki, qızartı və şişkinlik tez bir zamanda sağalsın:

"Ağcaqanad, milçək - ən çox qan sovuran həşəratlar hesab edilir. Ən təhlükəlisi malyariya və digər xəstəlikləri daşıya bilən ağcaqanad dişləmələridir. Bu həşəratların dişləməsi zamanı həmin yerdə şişkinlik yaranır, qaşınma, yanma hissi və qızartı görünür. Həssaslıq artdıqca dərinin digər yerlərində səpkilər və qaşınmalar şəklində allergik reaksiyalar verir.Bir çoxları əhəmiyyət vermədən həmin yeri qaşıyır. Lakin qaşınmamalı, əvəzində spirt, soda ilə yuyulmalıdır. Onu da deyim ki, ağcaqanad dişləyəndə çox həssas orqanizmlərdə  aşırı reaksiyalar görə bilirik. Dişlədiyi yer bərkiyir, qızarır, şişir, hətta infeksiya yaradır. Bu zaman yerli olaraq hidrokortizon məlhəm və fenistil gel istifadə edilməlidir".

Sevinc

0