Arıqlamaq heç də həmişə sevindirmir...

SAĞLAMLIQ
21:23 / 18.06.2025
40

Arıq, incə olmaq hər kəsin arzusudur. Ancaq kəskin arıqlama orqanizmin fəaliyyətində psixi pozulmalardan tutmuş sistemli xəstəliklərə qədər müxtəlif fəsadlara səbəb ola bilər.

Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, əsaslı səbəb olmadan sürətlə arıqlama onkoloji xəstəliklərin də əlamətlərindən biri ola bilər. 

“Xərçəng” diaqnozu qoyulan insanların 40 faizində xəstəlik ərəfəsində çəkinin izahedilməz itirilməsi baş verib: 

"Onkoloji xəstəliklər zamanı çəkinin kəskin azalması bir çox hallarda insanda iştahanın yox olması ilə əlaqədardır. Bu, xərçəngin digər simptomları - ürəkbulanması və qusma, qəbizlik, ağrılar, qidanın dadının itirilməsi, çeynəmə və udma zamanı çətinliklərlə də bağlı ola bilər.Çəki itirilməsinin daha bir ciddi səbəbi QİÇS-ə yoluxmaqdır. Bu xəstələr qida maddələrinin orqanizmdə lazımi dərəcədə mənimsənilmədiyi ucbatından çəki itirirlər.Bağırsaq iltihabı xəstəlikləri zamanı müntəzəm baş verən ishal halları yeməkdən iyrənməyə səbəb olur.  Ümumiyyətlə, arıqlamaq üçün heç bir iş görməyən anidən sürətlə çəki itirməsinə sıradan baxılmamalıdır. Mütləq həkimə müraciət etmək lazımdır".

Sevinc

0