Kivi həm ləzzəti, həm də sağlamlığa faydaları ilə diqqət çəkir.
Hit.az xəbər verir ki, kivinin tərkibində çoxlu C və E vitaminləri var. Hava dəyişikliyindən yaranan soyuqdəyməyə çox faydalıdır.
Kivi kaliumla zəngin meyvədir.
Həmçinin, yüksək miqdarda lif ehtiva edir. Bu liflər bağırsaqların müntəzəm işləməsini təmin edir və həzm sistemini sürətləndirməyə kömək olur. Kivi kollagenin sintezinə kömək edir.
Kivinin faydaları ilə yanaşı zərərləri də var. Qastrit, xora və reflüks kimi mədə pozğunluğu olan insanlar bu meyvədən çox istifadə etməməli, istifadə üçün həkimə müraciət etməlidirlər.
kivi bəzi insanlarda allergik reaksiyaya səbəb ola bilər. Böyrək xəstəliyi olanlar da tərkibindəki kalium dəyərinə görə bu meyvəni həkimlə məsləhətləşərək istifadə etməlidirlər.
Sevinc