İsti yay günlərində spirtli içki qəbul etmək istəyənlər daha çox pivəyə üstünlük verir.
Hit.az xəbər verir ki, pivə tərkibində estrogenə bənzər birləşmələrin olması səbəbindən qadınlarda xərçəng riskini azaldır. Qadınlar gün ərzində bir stəkan içə bilərlər.
Bununla yanaşı, pivə mayasının tərkibində beş amin turşusu var - arginin, histidin, lizin, triptofan və tirozin. Onlar mədə və bağırsaqların işini yaxşılaşdırır və bədəni zərərsizləşdirməyə kömək edir.
Pivənin diüretik təsiri böyrəklərin işini yaxşılaşdırır və böyrək daşlarının yaranma riskini azaldır. Lakin pivəni orta miqdarda istehlak etmək və onun zərərli təsirlərindən qaçmaq üçün ehtiyatlı olmaq vacibdir.
Sağlam həyat tərzi üçün balanslı qidalanma və fiziki fəaliyyət ilə yanaşı, içki istehlakında da həddi aşmamaq önəmlidir.
Sevinc