Bir çox insanın sevərək yediyi qidalardan biri də qarğıdalıdır. Yüksək lifli və aşağı kalorili qarğıdalı faydalı antioksidantlarla zəngindir. O, enerji mübadiləsində və digər vacib funksiyalarda əsas rol oynayan B6 və B9 vitaminləri baxımından zəngindir.
Hit.az xəbər verir ki, cəmi bir porsiya qarğıdalı ilə B vitaminlərinin gündəlik tövsiyə olunan dəyərini qarşılamaq olur. Qarğıdalı qlütensiz olduğu üçün qlütenə qarşı dözümsüzlüyü olan insanlar da bu qidalı tərəvəzi yeyə bilərlər.
Tərkibində B vitaminləri, C vitamini və kalium, dəmir, maqnezium və kalsium kimi vacib minerallar var.Həmcinin göz xəstəliklərinə və təzyiqə müsbət təsir göstərir.
Sevinc