Təbii yolda baş ağrısından necə xilas olmaq olar?

SAĞLAMLIQ
21:09 / 21.06.2025
56

Əksər insanlar baş ağrısından əziyyət çəkir. 

Hit.az bu dəfə baş ağrısını kəsəcək təbii vasitələri təqdim edir:

Nanə yağı: Tibbdə istifadə olunan nanə yağı rahatladıcı təsiri nəticəsində yüksək qan təzyiqi və gərginliklə əlaqədar yaranan baş ağrılarında faydalı təbii müalicə üsulu olaraq istifadə olunur.

Türk qəhvəsi və çay: Qəhvə və çay da baş ağrısını yüngülləşdirmək üçün istifadə olunur. Qəhvənin içərisindəki kafein baş ağrısını azalmağa qadirdir. Bir fıncan türk qəhvəsi, yaxud çay içmək ağrının başlanğıcında çox təsirli ola bilir. Lakin qəhvəni həddindən artıq istifadə etməmək lazımdır.

İsti duş: Əgər baş ağrısı qrip, yaxud da sinusit ilə əlaqədardırsa, duş zamanı ilıq hava burun yollarının açılmasına təsir göstərəcək.

Baş arxasına, boyun və çiyindən masaj: Bu, baş ağrısını yüngülləşdirmək üçün tətbiq oluna bilər.

Alma sirkəsi: 1 stəkan qaynar suya 1 çay qaşığı alma sirkəsi əlavə  edilir. Yaxşıca qarışdırılır və içilir.

Sevinc
 

0