Ərik özü kimi çəyirdəyi də istehlak edilir.
Ərik çəyirdəyinin tərkibində A, D, K və E vitaminləri ilə yanaşı xərçənglə mübarizədə əhəmiyyətli bir təsirə sahibi olduğu deyilən B17, başqa bir adla laetril adlı bir maddə də var.
Hit.az xəbər verir ki, tərkibində olan B17 sayəsində xərçəngli hüceyrələrin meydana gəlməsini əngəlləyir.
Ərik tumu dəriyə qulluqda da təsirlidir. Tərkibindəki yağlar dərinin nəm tarazlığını qoruyur, yaşlanma əleyhinə təsirləri ilə də tanınır.
Həmçinin dəri ləkələrini azaldır.
Ərik ləpəsi liflə zəngindir. Lif həzm sistemi üçün çox vacibdir, çünki bağırsaq hərəkətlərini tənzimləyir və qəbizlik kimi problemlərin qarşısını alır.
Gündəlik lif qəbulunuzu artırmaq üçün qida rasionunuza ərik ləpəsi əlavə edə bilərsiniz.
Ərik çəyirdəklərində güclü antioksidantlar var. Antioksidantlar bədəndəki sərbəst radikallarla mübarizə aparır, hüceyrə zədələnməsinin qarşısını alır və ümumi sağlamlığı dəstəkləyir.
Sevinc