İnfarkt yaşı 30-a enib: Ürək tutması sinə ağrısı olmadan baş verə bilər

SAĞLAMLIQ
18:38 / 23.06.2025
47

Ürək-damar xəstəlikləri dünyada ölüm səbəbləri arasında birinci yeri tutur. 

HİT.az xəbər verir ki, türk kardioloq Dr. Mehmet Fatih Yılmaz Türkiyədə hər il təxminən 300 min nəfərin ürək tutması keçirdiyini bildirərək, xüsusilə son illərdə gənc yaşlarda ürək tutması hallarının artdığını vurğulayıb:

"Son zamanlar 30-cu yaşlarda ürək tutması hallarının artdığını müşahidə edirik. Bunun ən tez-tez rast gəlinən səbəbləri arasında hərəkətsiz həyat tərzi, sağlam olmayan qidalanma, erkən yaşda siqaret və narkotik istifadəsi, habelə irsi meyillik yer alır".

Dr. Yılmaz ürək tutmasının müxtəlif əlamətlərlə də özünü göstərə bildiyini və ən çox rast gəlinən, xəstələrin də ən yaxşı tanıdığı əlamətin göğüs ağrısı olduğunu bildirib. Bununla yanaşı, o, xəstələrin təxminən 20-30%-ində ürək tutmasının göğüs ağrısı olmadan da baş verə biləcəyinə diqqət çəkib: 

"Nəfəs darlığı, soyuq tərləmə, mədə bulantısı, kürək və ya çənəyə vuran ağrılar ürək tutmasının əlaməti ola bilər. Xüsusilə qadınlarda mədə bulantısı və tərləmə kimi əlamətlər daha çox ön plana çıxa bilər. Şəkərli diabet xəstələrində isə "səssiz ürək tutması" adlanan, fərq edilmədən keçirilən tutmalar ciddi risk yaradır. Bu xəstələr artıq ürək tutması keçirmiş halda qarşımıza çıxdığı üçün ürəkdə zədə geri dönməz olur və xəstələrdə ürək çatışmazlığı inkişaf edir. Sonradan isə ritm pozuntuları ya da ani ölüm kimi ağırlaşmalarla xəstəxanaya müraciət baş verə bilər".

Son illər 30-cu yaşlarda ürək tutması hallarının artdığını qeyd edən Dr. Yılmaz, gənc xəstələrdə də göğüs ağrısından başqa əlamətlərin görülə bildiyini vurğulayaraq sözlərinə belə davam edib:

"Məsələn, fiziki fəaliyyətlə artan göğüsdə təzyiq hissi, yanma adətən mədə problemləri ilə qarışdırıla bilər. Lakin bu cür şikayətlər ciddi qəbul edilməlidir. Bu əlamətlər, xüsusilə risk amilləri mövcuddursa, ürək tutmasına işarə edə bilər. Mütləq həkim tərəfindən yoxlanılmalıdır".

Ürək tutmasında ilk saatların, hətta dəqiqələrin həlledici olduğunu vurğulayan Dr. Yılmaz bidlirib: 

"Hər keçən dəqiqə ürəyin zədələnməsini artırır. Erkən diaqnoz və sürətli müdaxilə ürəyin ziyan görməsinin qarşısını ala bilər. Xüsusilə bu şikayətlər qəfil başlayıbsa və xəstənin yaşı və müəyyən risk amilləri (şəkərli diabet, hipertoniya, xolesterinin yüksəkliyi, siqaret içmək və ya ailədə ürək xəstəliyi) varsa, təbii ki, ürək tutması ola bilər. Buna görə də qəfil başlayan kürək ağrısı, nəfəs darlığı, ürək döyüntüsü və ya mədə bulantısı kimi əlamətlər, risk amilləri mövcud olduqda, mütləq ciddi qəbul edilməlidir".

Ürək tutmasının az bilinən əlamətlərinə qarşı ehtiyatlı olmaq lazım olduğunu bildirən kardioloq Dr. Fatih Yılmaz, erkən diaqnozun əhəmiyyətini vurğulayaraq sözlərini belə bağlayıb:

"Xüsusilə 40 yaşdan sonra, şəkərli diabet, təzyiq, xolesterinin yüksəkliyi və ya siqaret içmək kimi risk amilləri olan şəxslər, şikayətləri olmasa belə, illik müayinələrini laqeyd qoymamalıdır. Şikayətlərə məhəl qoyulmaması və hər hansı bir şübhə halında həkimə müraciət edilməsi həyat xilaskar ola bilər".

Samir

0