Azərbaycanda psixi xəstələrin sayı artdı - Qorxunc STATİSTİKA

SAĞLAMLIQ
11:06 / 24.06.2025
47

Tibb müəssisələrində psixi pozuntular və davranış pozuntuları diaqnozu ilə (psixoaktiv maddələrin qəbulu ilə bağlı olan pozuntular istisna olmaqla) qeydiyyatda olan xəstələrin sayı 117,7 min nəfərdir.

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsinin (DSK) İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, bu, ötən il, 2024-cü ilin sonuna olan məlumatdır.

Qeyd edək ki, 2023-cü ildə tibb müəssisələrində qeydiyyatda olan psixi xəstələrin ümumi sayı 113 min 216 nəfər olub.

Xatırladaq ki, hazırda ölkəmizdə 10 Psixiatrik xəstəxana mövcuddur. Bunlardan ikisi Bakıda yerləşir. Onlardan əlavə, 3 psixiatrik Mərkəz və 3 dispanser də fəaliyyət göstərir.

0