Moruğun müalicəvi əhəmiyyəti

SAĞLAMLIQ
21:19 / 25.06.2025
40

Moruq qədim dərman vasitələrindəndir. Təzə meyvələri susuzluğu yaxşı kəsir, dadlı və ətirlidir. 

Çay kimi dəmlənmiş meyvələri qədimdən soyuqdəymədə tərlədici və hərarət salan kimi istifadə edilir.

Hit.az xəbər verir ki, moruğun müalicə əhəmiyyətini rəsmi təbabət də qəbul edir.

Belə ki, şəkərli diabetin, aterosklerozun, qanazlığının müalicəsində istifadə edilir. 

Moruq xüsusilə, ürəyin ritmi pozulanda və başqa ürək xəstəliklərində məsləhət sayılır. 

Moruğun meyvələrindən hazırlanmış həlim anginada və başqa boğaz ağrılarında boğazı qarqara etmək üçün istifadə edilir.

Moruq yüksək təzyiqi və qanda xolestirinin səviyyəsini aşağı salır, aterosklerozun qabağını alır və müalicə edir. 

Moruq meyvələrinin və yarpaqlarının, itburnu meyvələrinin və tozağacının yarpaqlarının bərabər nisbətdə dəmlənmiş çayı ürək-damar sistemi xəstəliklərində ümumi möhkəmləndirici vasitə kimi təsir göstərir.

Sevinc

0