Xalq təbabəti daha effektiv ola bilərmi?

SAĞLAMLIQ
17:43 / 01.07.2025
54

Xəstəliklərin daha çox “türkəçarə” kimi tanınan xalq təbabəti ilə müalicəsi həmişə aktual mövzulardan biri olub. 

Müasir tibbdə xroniki xəstəliklərin müalicəsi üçün müxtəlif üsullar, dərman preparatları olduğu halda, xalq təbabəti daha effektiv ola bilərmi? 

Professor, həkim Adil Qeybulla Hit.az-a deyib ki, müasir şəraitdə tibbin yeni imkanlarından yararlanmaq lazımdr:

"Ara həkimləri" deyilən şəxslərə müraciət etmək tam yersizdir. Bəzən onların gördüyü işlər mənfi nəticələr də yarada bilirlər. Çünki, müəyyən situasiyalara görə aseptika, antiseptika, sterillik və s. gözlənilməlidir. Hesab edirəm ki, hamı bu vəziyyəti nəzərə almalıdır. Türkəçarənin xeyri yox, ziyanı olur".

Sevinc

0