Yay aylarının gəlişi ilə özünü göstərməyə başlayan qızmar isti və yüksək rütubətli hava nisbəti kondisionerdən istifadəni artırır.
Demək olar ki, hər evdə, iş yerində eləcə də nəqliyyat vasitələrində kondisioner mövcuddur.
Kondisionerlər insan səhhəti üçün hansı fəsadlar yarada bilər?
Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, kondisioneri düzgün işlətmək lazımdır:
"Kondisioner dalğası ayrı-ayrı ətraflara vurduqda xroniki miozitlər, əzələ ağrıları əmələ gələ bilər. Kondisioner infeksion, bronxial asma və qaraciyər iltihabı olan xəstələrə daha çox mənfi təsir edir. Bəzi insanlar olur ki, isti duş qəbul etdikdən sonra kondisionerin altında oturur. Kondisioner havanı çox qurudur ki, bu da allergiya və soyuqdəymənin yaranmasına səbəb olur".
Sevinc