Çörəkdən tam imtina edənlərin nəzərinə…

SAĞLAMLIQ
18:03 / 02.07.2025
85

Çörəkdən imtina son dövrlərin dəbidir.

Artıq əksər adamlar çörəyi süfrədən ya tamam uzaqlaşdırıb, ya da əhəmiyyətli dərəcədə azaldıb.

Buna səbəb çörəyin ziyanlı olması barədə diyetoloqların həyəcan təbili çalmasıdır.

Dietoloq Leyla Sariyeva Hit.az-a deyib ki, karbohidrat maddəsi bədənin ehtiyacı olan enerjini bərpa edir: 

“Çörək bədənin eyni zamanda şəkər miqdarını stabil saxlayır. Şəkər miqdarı düşən insan şəkər koması yaşayır. Karbohidrat qəbulu günədlik 200 qaramdan az olmamalıdır. Çörəkdən tam intina olunmamalıdır. Gün ərzində müəyyən miqdarda karbohidrat qəbul olunmalıdır. Bu çörəkdə, makaron məhsullarında, şirniyyatlarda mövcuddur. Ümumiyyətlə, arıqlamaq üçün çörəkdən imtina etmək istəyənlər yaxşı olar ki, bunu hissi-hissə etsinlər. anidən karbohidratın kəsilməsu orqanizmi silkələyəcək və bu da heç yaxşı hal deyil”.

Sevinc
 

0