Qulaq çöpündən istifadə etməyən insan demək olar ki, yoxdur.
Ancaq hıəkimlər israrla qulaq çöpünün ziyanı olduğunu iddia edir.
Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, qulaq çuxuru və çuxurun dərhal arxasındakı yeri təmizləməyin heç bir ziyanı yoxdur:
“Qulaq tıxacının təmizlənməsi üçün həkimə müraciət edilməlidir. Təbil pərdənin tamlığı pozulmayanda, xəstə qulağında tıxanmanın varlığına əmin olanda, otit və ya başqa iltihabi xəstəlik keçirməyəndə və şəkərli diabeti olmayanda onu ev şəraitində də təmizləmək mümkündür.
Qulaq kirinin təmizlənməsi üçün əvvəlcə qulaqdakı tıxanmanı yumşaltmaq lazımdır.
Qulaq çöpü ilə xarici qulaq yolunda kəsik və ya zədələnmə baş verə bilər, xüsusilə yay aylarında hovuz, dəniz və duş əsnasında, su ilə təmas artan dövrlərdə.
Qulağını qulaq çubuğu ilə tmizləyən insanlar, xarici qulaq yolunda gözlə görünməyən bəzi kəsiklərə, zədələnmələrə yol aça bilərlər. Bu zədələnmələr və çatlaqlardan bakteriyalar asanlıqla daxil olaraq, xarici qulaq yolunda infeksiyaya səbəb ola bilər.
Qulaq çöpləri vəziyyətilə çox asan infeksiyanı yaya bilir.
Bu səbəbdən şüurlu hərəkət etmək, qulaq çöplərini qulaqların dərinliklərinə qədər salmamaq lazımdır”.
Sevinc