Velosiped sürmək sağlıq baxımından faydalıdır.
Hit.az xəbər verir ki, qeyri-aktiv səyahət edənlərlə müqayisədə, velosiped sürənlərin bütün səbəblərdən yaranan demans riski 19%, altsheymer xəstəliyi riski 22%, erkən başlanğıc demans riski (65 yaşından əvvəl) 40% və gec başlanğıc demens riski 17% daha azdır.
Velosipedə minmək hərəkətli və ya sabit bir velosiped üzərində edilən müqavimətli idman növüdür.
Velosiped sürənlər diz əzələlərini böyük əzələlər kimi inkişaf etdirir, maddələr mübadiləsi sürətini artırır.
Əzələlər hərəkət edə bilmək üçün kaloriyə ehtiyac duyur və buna görə də nə qədər çox əzələniz varsa, o qədər çox kalori yandırırsınız.
Velosipedə minmək eyni vaxtda diz və ayaq biləyi əzələlərini də gücləndirir.
Bununla yanaşı, velosiped sürmək ürək sağlamlığına yaxşı təsir edir və xəstəliklərdən qoruyur. Tarazlıq və müvazinət qabiliyyətlərinin inkişaf etməsinə kömək edir.
Həmçinin, axşamlar rahat yatmağa kömək edir, yuxunu nizama salır.
Sevinc