Müasir dövrdə oturaq həyat tərzi sağlamlığın başlıca problemlərindən birinə çevrilib.
İş masası arxasında saatlarla keçirilən zaman sağlamlığa ciddi ziyan vursa da,təəssüf ki, bu, çox insanın gündəlik həyat tərzidir.
Hit.az xəbər verir ki, erkən ölümlərin 7 faizi məhz elə bununla bağlıdır.
Uzun müddət oturmaq qan axını məhdudlaşdırır və qanın beynə çatmasının qarşısını alır.
Beyin oksigen çatışmazlığından yorulur və nəticədə konsentrə ola bilmir.
Oturaq həyat kişilərdə qarın çıxması, “ikinci ürək” sayılan prostatda problemlərin yaranması sonradan daha ciddi problemlərə çevrilə bilər.
Osteoxondroz, radikulit, babasil KİMİ xəsətəliklər də oturaq həyatın mənfi amillərindən sayılır.
Sevinc