Həddən artıq tərləmənin səbəbi

SAĞLAMLIQ
20:20 / 04.07.2025
57

Tərləmə insan orqanizminin təbii funksiyasıdır. Tərləmə zamanı insan orqanizmindən toksiki maddələr ifraz olunur.

Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, tərləmə həyəcan, fiziki hərəkət, qorxu, əsəbiləşmək kimi vəziyyətlərdə daha da aktivləşir. Lakin bu kimi səbəblər yoxdur və heçnəsiz tərləmələr həddindən çoxdursa, orqanizmdə problem var:

 “Əl, ovuc içi, qoltuqaltı, üz ilə ayaqlarda yaranan aşırı tərləmənin altında isə adətən hər hansı bir səbəb olmur. Ancaq bütün bədəndə olan tərləmənin infeksiya, ürək xəstəliklərindən ağciyər problemlərinə qədər bir çox xəstəliyin xəbərçisi ola bilər. Çox tərləmə və eyni zamanda sinədə ağrı, qızdırma, nəbzin sürətli vurması, nəfəs darlığı, arıqlama, kimi hallar varsa ən tez vaxtda həkimə müraciət edilməlidir.Həddindən artıq tərləməyə hormonal xəstəliklər səbəb olur. Tərləmə maddələr mübadiləsinin nəticəsi olaraq  ortaya çıxdığından xüsusilə bədən maddələr mübadiləsini sürətləndirən xəstəliklər əvvəlcə araşdırılmalıdır. Həddindən artıq çəki də tərləmənin digər bir səbəbi sayılır”.

Sevinc

0