Qidalanma cinsi istəyə əhəmiyyətli təsir göstərə bilər.
Elə qidalar var ki, cinsi istəyi artırır, elələri isə azaldır.
Hit.az cinsi istəyi azaldan qidaları təqdim edir.
“Fast food”lar, “burger” və ağ çörəklər və s. insanların cinsi həyatına mənfi təsir edir.
Həddən artıq ağ çörək və ya əla növ undan hazırlanmış xəmir xörəkləri, bulkalar, şirniyyatlar yemək seks istəyini azaldır.
Buna səbəb ağ çörəyin və digər xəmir xörəklərinin tərkibində olan şəkər miqdarının bədənin enerji tarazlılığını pozmasıdır.
Şəkər yüksək miqdarda istehlak edildikdə testosteron səviyyəsini azalda bilər. Bu, cinsi həvəsin və performansın zəifləməsinə səbəb olur.
Qanda şəkərin yüksəlməsi damarların zədələnməsinə və qan dövranının zəifləməsinə gətirib çıxarır ki, bu da ereksiya problemləri yarada bilər. həmçinin, yüksək miqdarda duzlu qidalar qan təzyiqini artırır, damarların elastikliyini azaldır və qan dövranını pozur. Bu isə cinsi performansın aşağı düşməsinə səbəb olur.
Qəhvədən həddindən artıq istifadə damarlarda daralmaya səbəb olur ki, nəticədə, kişilərdə erkən eyakulyasiya - spermanın xaric olması həddindən artıq tez baş verir.
Sevinc