Vitamin çatışmazlığı saç tökülməsinə səbəb olur

SAĞLAMLIQ
17:17 / 08.07.2025
53

Əksər qadınlar saç tökülməsindən əziyyət çəkir.

Saç tökülməsinin qarşısını almaq üçün müxtəlif vasitələr mövcuddur.

Kosmetoloq həkim Aynurə Həsənova Hit.az-a bildirib ki,  sink və dəmir çatışmazlığı saç tökülməsinə səbəbdir. D vitamini çatışmazlığı saç tökülməsi ilə əlaqəli ola bilər:

 “Orqanizm üçün ən vacib olan vitaminlərdən biri də “B12” vitaminidir. Onun çatışmazlığına tez-tez vegeterian, xüsusən vegan pəhrizlərində və həzm sistemi xəstəliklərində rast gəlinir. Vücudda “B12” olmaması səbəbindən saçlar daha tez ağarır. Ət, balıq, yumurta və süd məhsulları kimi heyvan məhsullarında olur. Hər hansı vitamin çatışmazlığı, qan azlığı, qanda hər hansı elementin azlığı varsa və bu saç tökülmesinə səbəb olubsa, yalnız bu saç tökülməsinin qarsisini təbii yolla almaq mümkündür. Bunu araşdırmaq lazımdlr”.

Sevinc

0