Dərman zəhərlənməsinə səbəb nədir?

SAĞLAMLIQ
19:09 / 07.07.2025
46

Bu ilin ilk altı ayı ərzində dərmandan zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya (KTM) şöbəsinə 275 nəfər qəbul edilib.  

Demək olar ki ki, hər il müəyyən sayda insan dərmandan zəhərlənir. 

Maraqlıdır, dərman zəhərlənməsinə səbəb nədir? 

Tibb elmləri doktoru, professor Adil Qeybulla Hit.az-a deyib ki, hər bir dərman preparatının zəhərlənməyə səbəb ola bilər:

“Nəzərə almaq lazımdır ki, dərman dozadan artıq qəbul ediləndə zəhərdir, toksik maddədir.həmçinin, dərman maddəsinin keyfiyyət parametrləri  aşağıdır və həmin dərman maddələri qəbul olunduqda zəhərlənmə baş verir. Dərman vasitəsini xəstə müalicə məqsədi ilə qəbul edir və zəhərlənir. Yəni, bu da dərman vasitəsinin yad təsirindən qaynaqlanır. İstənilən halda dərman maddələrinin keyfiyyət parametrlərinə bağlı olan zəhərlənmələr əlbəttə ki, ciddi araşdırılmalıdır”. 

Sevinc
 

0