Plazmaterapiya nədir?

SAĞLAMLIQ
20:59 / 10.07.2025
49

Son vaxtlar kosmetologiyada geniş yayılan prosedurlardan biri də plazmaterapiya üsuludur.

Plazma ilə müalicə üsulu plazmaliftinq və PRP də adlanır. 

Kosmetoloq Aytəkin İsmayılova Hit.az-a deyib ki, plazmaterapiya üsulu insanın öz qanı ilə həyata keçirilən  prosedurdur. İnsan orqanizmində qan özü bir orqandır. Digər orqanlardan fərqi sadəcə duru halda olmasıdır. Bu orqan toxumasının tərkib hissəsi olan hüceyrə və hüceyrəarası maye var: 

"Plazmaterapiyanı istənilən mövsümdə tətbiq etmək olar. Lakin bu şərtlə ki, yayda mütləq günəş kremindən istifadə edilsin.Digər prosedurlardan üstünlüyü və fərqi odur ki, allergiya təsiri yoxdur. İkinci ən böyük fərq isə heç bir digər kənar maddə və qatqı olmadan, yalnız insanın öz orqanizminin resursu ilə həyata keçirilməsidir. Plazmaterapiya etdirmək istəyən insanın sağlamlığından olan hər hansı problem bu prosedura təsir etmir və əks göstərici yaratmır. Əsas odur ki, pasientin qanında olan trombositlərin səviyyəsi normal olsun".

Sevinc

0