"Suçiçəyinə sadə infeksiya kimi yanaşmaq olmaz"

SAĞLAMLIQ
18:35 / 11.07.2025
58

Son zamanlar uşaqlar arasında suçiçəyi xəstəliyi geniş yayılıb.

Həkim, ekspert Adil Qeybulla Hit.az-a deyib ki, suçiçəyi adlandırdığımız bu xəstəlik hava-damcı vasitəsilə yayılır.

Bəzən böyük bir arealı əhatə edə bilir və xeyli insanın yoluxmasına səbəb olur. Xəstəliyin ağırlaşması zamanı çox ciddi fəsadlar olur və bəzən hətta ölüm həddinə qədər gətirib çıxara bilir. Ona görə, bu xəstəliyə qeyri-ciddi yanaşmaq olmaz: 

“Suçiçəyindən sonra insanda immunitet yaranır. Amma bu xəstəliyi keçirən şəxslər bəzən fikir vermədikdə, dəridə xəstəliyin əlamətləri hətta uzun müddət qala bilir. Suçiçəyinə yoluxmuş şəxs mütləq yataq rejimində olmalıdır. Soyuqdəymə və digər infeksiyalardan mütləq qorunmaq lazımdır. Suçiçəyinə sadə infeksiya kimi yanaşmaq olmaz”.

Sevinc

0