Yay fəslində D vitamini qəbulunun hansı ölçüdə olacağı insanlar arasında müzakirəyə səbəb olur.
Kimisi deyir ki, yay D vitamini qəbul etməyə ehtiyac yoxdur, çünki dəniz və qum vasitəsilə lazımi vitamin qəbul edilir.
Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, D vitamini təbii yolla dəridə, gün şüalarının təsirindən yaranır:
“Buna görə, çox adam düşünür ki, yayda uşaq kifayət qədər D vitamin alır. Əslində isə, bu mübahisəli söhbətdir. Çöldə yaydır və günəşdir, mənzildən içəri günəş şüası düşmür. Həmçinin, dənizə gedən şəxs gün kremini dərisinə sürtürsə onda D vitamini əmələ gəlməyəcək. Bütün günü evdə və ya ofisdə olanlar adıçəkilən vitamini qəbul etməlidir. Çünki, onlar lazımi saatlarda günəşdən D vitamini qəbul edə bilmir”.
Sevinc